Azərbaycan Silahlı Qüvvələri Ermənistana məxsus PUA-nı məhv edib.
AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.